Yaponlar Marsda və Ayda bina tikəcək

Kioto Universiteti və tikinti şirkəti "Kajima" gələcəkdə Marsda və Ayda insan həyatı üçün uyğun olacaq yaşayış binası tikməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın “The Japan Times” qəzeti yazır. Qəzetin qeyd etdiyi kimi, əsas vəzifələrdən biri binanın daxilində Yerin cazibə qüvvəsinin analoqunu yenidən yaratmaqdır. Tədqiqatçılar buna qeyri-adi tikinti formasının köməyilə nail olmaq istəyirlər: yaşayış evinin öz oxu ətrafında fırlanan tərs konus şəklində inşa edilməsi təklif olunur. Qeyd edilir ki, bu şəkildə yaranan mərkəzdənqaçma qüvvəsi cazibə qüvvəsinin formalaşmasına imkan verəcək.

Layihənin dəyəri açıqlanmasa da, alimlər etiraf edir ki, bu, əsas əsrin layihələrindən biri olacaq.

Qeyd edək ki, Marsın cazibə qüvvəsi Yerin 38 faizini təşkil edir, Ayda isə Yerin yalnız altıda bir hissəsidir.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Doğulduğu ilk gündən pensiya alırdı, 28 il sonra kəsdilər

SONRAKI XƏBƏR

Rihanna Amerikanın ən gənc milyarder qadını oldu