Türkiyə Ukraynaya  3 ədəd "Bayraktar" göndərdi

İstehsalçı “Baykar Makina” pilotsuz uçan aparatı pulsuz verəcəyini bildirərək, Litvada yığılan pulla PUA üçün sursat almağa qərar verib.

Mayın sonunda litvalılar Ukrayna üçün "Bayraktar"ın alınması üçün vəsait toplamağa başlamışdılar.

Moderator.az-ın məlumatına görə, bu barədə Facebook-da Litvanın müdafiə naziri Arvydas Anusauskas məlumat verib və qeyd edib ki, ölkə maddi-texniki təminatla və PUA-ların çatdırılması ilə maraqlanır.

“Dron Litvanı tərk edir... Müdafiə Nazirliyi alqı-satqı sövdələşmələri və digər hüquqi rəsmiləşdirmələri öz üzərinə götürüb ki, pilotsuz vasitrə bütün silahlarla birlikdə Ukraynaya çatdırılsın”, - nazir bildirib.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, jurnalist Andrius Tapinas mayın 25-də Bayraktar Ukrayna üçün vəsait toplama kampaniyasına başlayıb və belə bir potensial satınalma üçün Litva və Türkiyənin müdafiə nazirliklərindən və istehsalçıdan razılıq aldığını bildirib.

Xeyriyyə aksiyasında bir çox tanınmış litvalılar iştirak edib, xüsusən də eks-prezident Dalia Qribauskayte ianə edib. Türk şirkəti Litva xalqının hərəkətindən təsirləndi və "Bayraktar"ı tamamilə pulsuz olaraq bağışlamağa qərar verdi. Əlavə edirik ki, sifariş edilmiş sursatlara baxmayaraq, Türkiyə şirkəti bu hücum pilotsuz vasitə üçün Litvaya əlavə sursat verib.

İyunun 27-də Türkiyənin “Baykar” şirkəti Ukrayna Silahlı Qüvvələrinə şoumen və könüllü Sergey Pritulanın xeyriyyə fondunun topladığı üç “Bayraktar” zərbə pilotsuz vasitəsini pulsuz hədiyyə etmək qərarına gəlib. Şirkət ukraynalıların topladığı vəsaitdən xəbərdar olduqlarını, lakin “Baykar" şirkəti TB2 üçün ödənişi qəbul etməyəcəklərini və 3 PUA-nı Ukrayna cəbhəsinə pulsuz göndərəcəklərini bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bank qarşısında DƏHŞƏT: özünü yandırdı

SONRAKI XƏBƏR

İsrailli futbolçu: "Neftçi"nin təklifini qəbul etmək çətin olmadı"