İsrail Avropa ölkəsinə xüsusi missiyalı hərbi təyyarələr təqdim edəcək

İsrail Avropa ölkəsinə xüsusi missiyalı hərbi təyyarələr təqdim edəcək<span class="qirmizi"></span>

 

İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti Avropa ölkəsinə xüsusi missiyalı hərbi təyyarələr tədarük edəcək. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

NATO üzvü olan ölkənin adı açıqlanmayıb. Müqavilənin ümumi dəyəri 200 milyon dollardır.

Xüsusi Missiya Təyyarəsi İsrailin radar və kəşfiyyat texnologiyalarında lider olan IAI və onun törəməsi “Elta” şirkəti tərəfindən hazırlanacaq.

IAI-nin xüsusi missiya təyyarələri İsraildə və dünyanın bir çox ölkəsində fəaliyyət göstərir və mühüm strateji üstünlük təmin edir.

İsrail dünyada bu cür unikal texnologiyaları inkişaf etdirmək imkanına malik olan nadir ölkələrdən biridir. Şirkətin xüsusi missiyalı təyyarələri Süni Zəka texnologiyasına əsaslanan sitemlərlə təchiz edilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az