ABŞ Ordusuna təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşını təhvil verilib

ABŞ Ordusuna təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşını təhvil verilib<span class="qirmizi"></span>

 

“Oshkosh Defence” şirkəti ABŞ Ordusuna 30 mm-lik orta çaplı silah sistemi ilə təkmilləşdirilmiş ilk “Stryker” zirehli maşınını təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Zirehli maşın 2021-ci ildə imzalanan müqavilə çərçivəsində təkmilləşdirilir. Müqaviləyə əsasən şirkət 2022-ci ilin sentyabr ayına kimi 7 maşın təhvil verməlidir.

Müqavilənin dəyəri 356 milyon dollardır və 269 “Stryker” maşınının təkmilləşdirilməsi nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az