"TruGo" enerji doldurma mexanizmlərinin sınaqları keçirilir

"TruGo" enerji doldurma mexanizmlərinin sınaqları keçirilir<span class="qirmizi"></span>

Türkiyənin Avtomobil Müəssisələri Qrupu (TOGG) enerji doldurma mexanizmi markası olan "TruGo" istehsal etdiyi cihazlarını sınaqdan keçirməyə başlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

"TruGo"-nun "Twitter" hesabından edilən paylaşımda "Gemlik Kampusumuzda quraşdırdığımız ilk "TruGo" elektirik enerjisi doldurma cihazlarımızı sınaqdan keçirməyə başladıq" ifadələri yer alıb.

Paylaşımda testlə bağlı video da yer alıb. Videoda cihazın 25 dəqiqə ərzində 80 faiz batareya doldurma sürətini təmin etdiyi görülür.

Qeyd edək ki, keçən ay "TOGG" tərəfindən yayılan açıqlamada elektrikli nəqliyyat vasitəsi istifadəçilərinin enerji doldurma stansiyası tapmaqla bağlı narahatlıqlarını aradan qaldırmağı hədəfləyən "TruGo"-nun yol hərəkətinin sıx olduğu yollarda hər 25 kilometrdən bir, aşağı yerlərdə isə hər 50 kilometrdən bir enerji doldurma məntəqələrində yer alacağı bildirilib.

Mənbə: sia.az