Türkiyə donanmasına sualtı gəmi əleyhinə raketlər təhvil veriləcək

Türkiyə donanmasına sualtı gəmi əleyhinə raketlər təhvil veriləcək<span class="qirmizi"></span>

 

Türkiyənin ROKETSAN şirkəti irimiqyaslı Sualtı Gəmi Əleyhinə Mübarizə (DSH) layihəsində hazırladığı raketləri ölkənin Hərbi Dəniz Qüvvələrinə təhvil verməyə hazırlaşır. Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu il Türkiyə donanmasına 300 ədəd DSH raketi tədarük ediləcək.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının inventarında olan 16 ədəd “Tuzla” sinfinə məxsus patrul katerində DSH raketlərinin quraşdırılması planlaşdırılır.

ROKETSAN artıq DSH raketlərinin ilk partiyasını təhvil verib və 12 katerdə quraşdırılıb.

İkinci partiya çərçivəsində bu ilin sonuna qədər Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına 300 ədəd DSH raketi təhvil verəcək. Bu çatdırılma ilə qalan 4 patrul kateri DSH raketləri ilə təchiz ediləcək.

DSH raketi sualtı hədəflərə qarşı nəzərdə tutulan 500 – 2000 m məsafədə və 15 – 300 m dərinlikdə istifadə oluna bilən avtomatik idarəetmə qabiliyyətinə malik sistemdir.

Sevinc Əliyeva 
Ordu.az





 

 

Mənbə: ordu.az