Rusları vəlvələyə salan HIMARS-ın saytı sındırıldı

Rusları vəlvələyə salan HIMARS-ın saytı sındırıldı<span class="qirmizi"></span>

 

Ukraynaya tədarük edilən və rusları vəlvələyə salan HIMARS reaktiv sistemlərinin istehsalçısı, ABŞ-ın “Lockheed Martin” müdafiə konserninin saytına haker hücumu olub. Daxil olmaq istəyərkən brauzer 403 server xətasını göstərir.

Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki, Killnet rusiyayönlü haker qrupunun nümayəndələri resursa hücumu öz boyunlarına götürüblər.

Qrupun Telegram kanalında yayılan mesajda bildirilir ki, hakerlər “Lockheed Martin”in əməkdaşları üçün avtorizasiya sistemini sındırıblar, konserndə işləmək üçün bütün namizədlərin məlumatlarını yaddaşa köçürüblər və “agentlik istifadəçisi” identifikatorunun əldə edilməsinə girişi açıblar.
Hazırda sms-lətə əlavə edilən linklərin heç biri işləmir.

Killnet hakerlərinin fikrincə, “Lockheed Martin” terror təşkilatıdır. Şirkətin bloklanmasına “Anonim Rusiya” və CarbonSec qrupları da qoşulub.

Bizim.Media

Mənbə: bizim.media