Türkiyənin lazer silahının ilk prototipi sentyabrda təhvil veriləcək

Türkiyənin lazer silahının ilk prototipi sentyabrda təhvil veriləcək<span class="qirmizi"></span>

 

Türkiyənin METAKSAN şirkəti tərəfindən hazırlanan “Nazar” lazer silahının ilk prototipi 2022-ci ilin sentyabrında Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi tərəfindən nəşr olunan 2022-ci il İnstitusional Maliyyə Vəziyyəti və Gözləntilər Hesabatında bildirilib.

Sistemin ilk prototipinin sınaqları 2022-ci ilin sentyabr ayında Dəniz Piyadaları Korpusunda həyata keçiriləcək.

Türkiyə Müdafiə Sənayesi Komitəsi ilə “METEKSAN Savunma” arasında imzalanan “Nazar” layihəsinin 1-ci mərhələsi çərçivəsində hazırlanan “Nazar” quru sistemi ilk dəfə IDEF-2021 sərgisində “METEKSAN Savunma” stendində sərgilənib. “Nazar” quru sistemi əsas bazaları və infrasturukturu qorumaq üçün elektro-optik və infraqırmızı idarə olunan raketlərə qarşı genişzolaqlı ən müasir lazer funksional məhvetmə qabiliyyəti təmin edir.

Dünyanın çox az ölkəsinin üzərində işlədiyi texnologiyanı ehtiva edən “Nazar” layihəsi lazer funksional məhvetmə qabiliyyəti ilə Türkiyə üçün çox kritik layihə olaraq göstərilir. Sistem elektro-optik və infraqırmızı idarə olunan mərmiləri aşkar etmək və bu cür sursatlara qarşı yönəldilmiş lazer və funksional məhvetmə üsullarını tətbiq etmək qabiliyyəti ilə hazırlanıb. Beləliklə, uzaq məsafələrdən idarə olunan raketləri zərərsizləşdirmək mümkün olacaq.

“Nazar” yalnız məlum elektro-optik və infraqırmızı idarə olunan raketlərə qarşı təsirli olmaq üçün deyil, həm də genişzolaqlı əməliyyat qabiliyyəti sayəsində asimmetrik təhdidlərə qarşı üstünlük təmin edəcək kəşfiyyat və müşahidə xüsusiyyətlərinə malik olmaq üçün hazırlanıb. Sistem eyni zamanda ümumi səmərəliliyi artırmaq üçün digər sensorlar və sistemlərlə birlikdə işləyə biləcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az