Britaniya Ukraynaya əlavə ağır silahlar verəcək

Britaniya Ukraynaya əlavə ağır silahlar verəcək<span class="qirmizi"></span>

Böyük Britaniya hökuməti Ukraynaya daha çox reaktiv yaylım atəş sistemi, həmçinin M31A1 idarə olunan raketləri göndərəcək. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin bəyanatına istinadən Reuters agentliyi məlumat yayıb. Qeyd olunub ki, hərbi yardımın sonuncu tranşı Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın təcavüzündən və uzaqmənzilli artilleriyasından müdafiəni davam etdirməyə kömək edəcək.

Ukraynaya göndərilmək üçün hazırlanan reaktiv yaylım atəş sistemi 80 km-ə qədər məsafədəki hədəflərə çata biləcək. Bundan əvvəl Böyük Britaniya bir neçə M270 reaktiv yaylım atəş sistemini Ukrayna hakimiyyətinə təhvil verib.


 

Mənbə: azvision.az