Nazir müşaviri internetin bahalaşmasına haqq qazandırdı

Nazir müşaviri internetin bahalaşmasına haqq qazandırdı<span class="qirmizi"></span>

“Bu gün Azərbaycanda, əhalinin demək olar ki, 85 faizi internetdən istifadə edir. Ölkəmizdə sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i internet xidmətlərini ADSL üzərindən alır. Bu texnologiyanın saniyədə 10 Mb-dan yuxarı həddi var”.

Bakupost.az -a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.O, ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Dövlət telekommunikasiya operatorları və özəl şirkətlər arasında dövlət-özəl tərəfdaşlıq modeli (PPP) ilə gücləndirilmiş birgə səylər nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsi qurmağı hədəfləyirik. Hazırda internetlə bağlı aparılan tarif siyasəti əhaliyə aşağı qiymətə daha yüksək sürətli internetdən istifadə imkanı verir. “Baktelecom” və “Aztelekom” şəbəkələri üzrə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərində edilmiş son tarif dəyişikliyi məhz buna xidmət edir".

R. Bayramovun sözlərinə görə, bu dəyişiklik nəticəsində xidmət istifadəçilərinin internet sürəti 3-4 qat artırılır və onlar köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az ödəniş edirlər:

"Qeyd etməliyik ki, əhalinin böyük hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq”.

Fəridə

Mənbə: www.bakupost.az