Alimlər: Qədim Misir və Akkad sivilizasiyalarının süqutu epidemiyalarla bağlı ola bilər

Alimlər: Qədim Misir və Akkad sivilizasiyalarının süqutu epidemiyalarla bağlı ola bilər<span class="qirmizi"></span>

 

Qahirə, 12 avqust, AZƏRTAC

Alimlər Qədim Misir fironlarının və akkadların dişlərində patogenlərin olduğunu sübut ediblər.

AZƏRTAC Misir KİV-ə istinadla xəbər verir ki, Maks Plank adına Təkamül Antropologiya İnstitutu, Maks Plank İnsan Tarixi Elmləri İnstitutu, Britaniya Afina Məktəbi və Templ Universitetinin tədqiqatçılarından ibarət qrup Tunc dövrünə aid insanların dişlərində patogenlərə dair dəlillər tapıblar. Onlar bu nəticələri “Current Biology Journal”da dərc etdiriblər.

Genetik araşdırma Krit adasındakı Hagios Charalambos adlı mağarada tapılan dişlərə əsaslanıb. Əvvəlki araşdırma göstərib ki, Tunc dövrü sivilizasiyaları olan Qədim Misir Krallığı və Akkad İmperiyası bir neçə min il əvvəl əhalinin qəfil azalması ilə üzləşib. Bunun əsas səbəblərinin iqlim dəyişikliyi və ya digər naməlum amillər olduğu ehtimal edilir. Pisləşən şərait həm də infrastrukturun zəifləməsi, ticarətin azalması və böyük mədəni dəyişikliklərə səbəb olub. Bundan əlavə, tədqiqatçılar əhalinin azalmasının arxasında yoluxucu xəstəliklərin ola biləcəyinə dair sübutlar tapda tapıblar.

Alimlər Krit adasındakı qazıntı sahəsindən onlara gətirilən təxminən eramızdan əvvəl 2290-1909-cu illərə aid insanların qalıqlarının, xüsusən dişlərinin tədqiqi prosesində diş çürüməsinə səbəb ola biləcək növə xas olan bakteriyaları aşkar ediblər. Lakin daha da önəmlisi, onlar “Yersinia pestis” və “Salmonella enterica” bakteriyasına dair dəlillər tapıblar. Bunlar vəba qızdırmasına səbəb olan bakteriyalardır. Nəticələr göstərir ki, bu xəstəlik və epidemiyalar iki Tunc dövrü sivilizasiyasında əhalinin azalmasına səbəb ola bilər. Bununla yanaşı, alimlər hər iki ştamın orta əsrlərdə Avropada epidemiyaya səbəb olan viruslardan fərqli olduğunu da qeyd ediblər.

Bütün bu dəlillər göstərir ki, tarixçilər epidemiyaların və xəstəliklərin Qədim Misir və Akkad sivilizasiyalarının süqutuna səbəb olması ehtimalını nəzərə almalıdırlar.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Mənbə: azertag.az