"WhatsApp"da moda dizaynerlərinin SİRLƏRİ...

"WhatsApp"da moda dizaynerlərinin  SİRLƏRİ...<span class="qirmizi"></span>

Rəqabətin yüksək səviyyədə olduğu moda sahəsinin tanınmış dizaynerləri gizli işlərini komanda üzvləri ilə bölüşmək üçün məşhur mesajlaşma proqramından istifadə edirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar gizli dizayn və moda nümayişi planlarını “WhatsApp” vasitəsilə komanda üzvləri ilə bölüşürlər.

Bununla yanaşı, "Prada", "Gucci", "Versace" və "Balenciaga"dakı dizaynerlər də xaricdəki tərəfdaşları ilə əlaqə yaratmaq üçün bu proqramdan istifadə edirlər.

Keçən ay İtaliyada keçirilən Milan Moda Həftəsinin son günündə təqdim edilən müğənni Harry Styles və “Gucci”nin yeni "HA HA HA" kolleksiyasının “WhatsApp” vasitəsilə danışıldığı bildirilib.

Bildirilir ki, modelyerlər “WhatsApp”dan “uçdan uca şifrələmə” xüsusiyyətinə görə istifadə edirlər.

Mənbə: lent.az