Misir Almaniyadan torpedolara qarşı mübarizə sistemləri almaq istəyir

Misir Almaniyadan torpedolara qarşı mübarizə sistemləri almaq istəyir<span class="qirmizi"></span>

Misir torpedolara qarşı mübarizə sistemləri almaq üçün Almaniyanın “ThyssenKrupp” şirkəti ilə danışıqlar aparır. Ordu.az xəbər verir ki, bu barədə “Tactical Report” nəşri məlumat yayıb.

Məlumata görə, rəsmi Qahirə Almaniyadan “SeaSpider” adlı sistemlər almaq niyyətindədir. “SeaSpider” missiyasını başa vurmazdan əvvəl partlayıcı və/və ya kinetik qüvvə ilə düşmən torpedosunu məhv etmək üçün nəzərdə tutulub.

“SeaSpider” gəmilər və sualtı qayıqlar üçün hazırlanmış xüsusi torpedoya qarşı mübarizə sistemidir.

Sistem həm dərin, həm də dayaz sularda istifadə edilə bilər. Sualtı mühit dəyişkənlik baxımından çətinliklər yaradır. Bu kontekstdə “SeaSpider” hətta ən pis “sonar mühitlərdə” də etibarlı müdafiə qabiliyyəti təmin edə bilər.

Bundan əvvəl Misir “Thyssenkrupp Marine Systems” şirkətindən sualtı qayıqlar alıb.

 

Mənbə: ordu.az