Fransa və Britaniya şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq

Fransa və Britaniya şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq<span class="qirmizi"></span>

 

Fransa və Britaniyanın “Rolls-Royce”, “Safran Power Units” və MBDA şirkətləri birlikdə yeni nəsil qanadlı raketlər hazırlayacaq. Ordu.az xəbər verir ki, raketlərin hazırlanması üçün şirkətlər arasında müqavilə imzalanıb.

Şirkətlər on ildən əvvəl başa çatdırılması gözlənilən səsdən aşağı sürətlə hərəkət edən, aşağı radara görünmə sahəsinə malik raket üzərində işləyəcəklər.

Raketlər İngiltərə və Fransa hökumətlərinin tələblərinə cavab verəcək.

Gələcək Qanadlı/Gəmi Əleyhinə Raket (FC/ASW) layihəsi Böyük Britaniya tərəfindən istifadə edilən “Harpoon” və Fransanın “Exocet” raketlərini əvəz etmək üçün başladılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az