Türkiyə insansız quru, hava və dəniz platformalarının sürü halında istifadəsi üzərində işləyir

 

Türkiyənin HAVELSAN şirkəti insansız quru, hava və dəniz platformalarının sürü texnologiyası əsasında istifadəsi üzərində işləyir. Ordu.az xəbər verir ki, şirkət platformaların sürü əməliyyatları həyata keçirməsi üçün mühüm mərhələni başa vurub.

HAVELSAN bu yaxınlarda həyata keçirdiyi sınaqlarda “Barkan” döyüş robotları və PUA-ların sürü halında və müstəqil şəkildə əməliyyatlar həyata keçirməsini təmin edib.

Gecə-gündüz aparılan sınaqlar zamanı “Barkan” robotları ətrafında uçan PUA-lar naviqasiya sistemləri sayəsində müəyyən yüksəkliyə qalxaraq təyin olunmuş hədəfə çatıb.

Sevinc Əliyeva
Ordu.az

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Beriyanın həbsinin qərarına imza atmayan baş prokuror – Xruşşov Safanovu həbs edə bilməyib

SONRAKI XƏBƏR

Azərbaycan hərbçiləri "Qardaş Briqada" layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak edib