Professordan SOS - Meymunçiçəyinin simptomları dəyişir!

Professordan SOS - Meymunçiçəyinin simptomları dəyişir!<span class="qirmizi"></span>

Təbii çiçək peyvəndlərinin meymunçiçəyinə qarşı 85 faiz qoruyuculuğu olduğu məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Pamukkale Universitetinin professoru Tuğba Sarı məlumat verib. O, bildirib ki, təbii çiçək xəstəliyinə qarşı peyvənd 1980-ci ilə qədər müntəzəm olaraq tətbiq edilib.

“1980-ci ilə dək doğulmuş insanlar çiçək xəstəliyinə qarşı peyvənd olunubsa, bu, onları meymun xəstəliyinə qarşı təxminən 85% qoruyur. Bu gün çiçək xəstəliyinə qarşı peyvəndlər artıq klinik istifadə üçün mövcud deyil. Modifikasiya edilmiş attenuasiya peyvənd virusuna əsaslanan yeni peyvənd 2019-cu ildə meymunçiçəyinin qarşısının alınması üçün ABŞ Qida və Dərman Agentliyi və Avropa Dərman Agentliyindən istifadə üçün icazə alıb. Bununla belə, peyvənd məhdud şəkildə mövcuddur. Onun klinik istifadəsi iki doza şəklindədir”.

Meymun xəstəliyinin 1980-ci ildə bütün dünyada məhv edildiyi elan edilən təbii çiçək xəstəliyinə bənzədiyini vurğulayan Sarı sözlərinə belə davam edib:

“Xəstəliyin inkubasiya müddəti 21 günə qədər ola bilər. Əgər şübhəli bir vəziyyət var, 21 gündür. Klinik simptomlara görə özümüzü izləməliyik. Meymunçiçəyi təbii çiçək xəstəliyinə nisbətən daha az yoluxucu və daha az ciddi xəstəliyə səbəb olur. Klinik təzahürləri 2-4 həftə davam edən xəstəliyin dünya üzrə ölüm nisbəti 3-6 faiz olaraq təyin olunub. Səpgilər qol və ayaqlarda yaranmağa meyllidir, həmçinin ağızda, cinsiyyət orqanlarında, gözlərdə və ovuclarda yaralara səbəb ola bilər. Səpgilərin sayı bir neçə ilə bir neçə min arasında dəyişir. Son yoluxmalarda bəzi dəyişikliklər qeydə alınıb, qızdırması olmayan və limfa düyünləri şişməyən xəstələr var, həmçinin səpgilər əvvəlkindən fərqli şəkildə inkişaf edir. Xəstəlik xüsusilə gənc kişilərdə, uşaqlarda, həmçinin çiçək peyvəndi olan yaşlı qadınlarda da yarana bilir”.

 

Professor yekunda qeyd edib ki, hazırlanan bəzi antiviral dərmanların meymunçiçəyinə qarşı təsirlidir.

Aytən Məftun

Mənbə: publika.az