Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq - SİFARİŞ VERİB

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq -   <span class="qirmizi">SİFARİŞ VERİB</span>

 

Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat PUA-sı alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Magyer öz mənbələrinə istinadən yayıb.

“Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk dronlardan artıq Ukraynada istifadə olunub”, - Magyer qeyd edib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb, əksinə hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb və bu istiqamətdə ABŞ-ı qabaqlayıb, amma Ukrayna müharibəsi göstərdi ki, pilotsuz təyyarələr hər bir ordu üçün lazımdır.

Magyer vurğulayıb ki, İran İraq və Suriyada müxtəlif hədəflərə qarşı uğurla istifadə edilən və 2000 km-ə qədər məsafədəki obyektləri vuran yüksək dəqiqlikli uzaqmənzilli raketlər hazırlayıb.

O xatırladıb ki, iranlılar Suriyada bu texnologiyadan istifadə edərək onu Livan, Suriya, İraq və Yəməndəki müttəfiqlərinə, eləcə də Qəzzadakı fələstinlilərə ötürüb.

Mənbə: bizim.media