Çin orbitə 16 peyk göndərdi

Çin müxtəlif məqsədlər üçün Yerin orbitinə 16 kommersiya peyki göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Korporasiya peyk buraxılışlarının uğurla tamamlandığını bildirib. 16 peykin hamısı "Changguang Satellite Technology" müəssisəsi tərəfindən hazırlanıb.

Orbitə göndərilən peyklər arasında Yer kürəsinin məsafədən zondlanması və yüksək keyfiyyətli təsvirlərin formalaşdırılması üçün istifadə edilməsi planlaşdırılan “Jilin-1 Gaofen-03D” seriyalı on optik peyk var.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Qadın həndbolçularımız Konyada gümüş medal qazandı - Türkiyəyə uduzublar

SONRAKI XƏBƏR

Putinin aşpazı Yevgeni Priqojin Ukraynada öldürülüb? - Luqanskda “Vaqner”in qərargahı vurulub...