Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

Hazırda tələbələri daha çox narahat edən məslələrdən biri də təhsil xərcləridir. Təhsil xərcləri üçün “Təhsil Tələbə Krediti” Fonduna müraciət etmək olar. Bu müraciət onlayn formada, "Asan Login" və ya Ərizə nömrəsi ilə mümkündür.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

"Ərizə nömrəsini tələbələr artıq "Mobil Notariat" tətbiqindən istifadə etməklə elektron fromada əldə edə bilərlər. Ərizəni təsdiq etmək üçün tətbiqdə müvafiq bölməni seçərək təlimata uyğun növbəti addımları atmaq yetərlidir.

Tələbə “Təhsil Tələbə Krediti” Fondunun e-ttkf.edu.az portalına giriş üçün "Mobil Notariat" tərəfindən təsdiqlənmiş ərizə nömrəsini və FİN-ini qeyd edir.

Yeri gəlmişkən, Ədliyyə Nazirliyinin "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar və ən çox istifadə olunan rəqəmsal hökumət həllidir. Azərbaycan vətəndaşları dünyanın istənilən yerindən müxtəlif etibarnamələr və digər ərizələr təqdim etmək üçün də "Mobil Notariat"dan istifadə edə bilərlər".

Xeberler.az

ƏVVƏLKİ XƏBƏR

Gorus-Xankəndi alternativ yolunun tikintisi hansı mərhələdədir?

SONRAKI XƏBƏR

Avropada odun yığmağa başladılar – Qiymətlər 240 faiz artdı