"Apple" 100-ə yaxın əməkdaşını işdən çıxardı

"Apple" 100-ə yaxın əməkdaşını işdən çıxardı<span class="qirmizi"></span>

ABŞ-ın "Apple" şirkəti ötən həftə ərzində müqavilə ilə çalışan 100-ə yaxın əməkdaşını işdən çıxarıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən yazıb.

Məlumata görə, işdən çıxarılan əməkdaşlar korporasiya üçün yeni kadrların seçimi ilə məşğul olurdu. Qeyd olunur ki, "Apple"ın ixtisara düşən işçilərinə bildiriblər ki, bu, cari biznes tələbatlarında dəyişikliklərlə əlaqədar həyata keçirilir.

 

 

Mənbə: big.az