“Twitter” hesabına görə 34 il həbs cəzası aldı - Şok olay

“Twitter” hesabına görə 34 il həbs cəzası aldı - Şok olay<span class="qirmizi"></span>

İngiltərənin Lids Universitetində təhsil alan və istirahət üçün ölkəsinə- Səudiyyə Ərəbistanına qayıdan Salma əl-Şehab 34 il həbs cəzasına layiq görülüb. Buna səbəb isə onun Twitter hesabının olması və bu sosial şəbəkədəki fəaliyyətidir.

Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, iki azyaşlı uşaq anası olan 34 yaşlı Salma əl-Şehab ilk dəfə "Twitter" sosial media platformasından “ictimai rəyi pozmaq, vətəndaş və milli təhlükəsizliyi pozmaq" üçün istifadə etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edilib.

Bu həftənin bazar ertəsi günü (15 avqust) isə Apellyasiya məhkəməsi ona “Twitter”dəki fəaliyyətinə görə 34 il həbs cəzası verib.

“Guardian” yazır ki, yeni ittihamlar arasında Şehabın "ictimaiyyəti narahat etmək və mülki və milli təhlükəsizliyi pozmaq istəyən şəxslərin profilini izləmək, onlara müxtəlif yardım etmək” kimi iddialar da yer alır.

Mənbə: moderator.az