HUAWEI Qazaxıstanda ilk dəfə olaraq MDB ölkələri üçün tədbir keçirəcək - VİDEO

HUAWEI Qazaxıstanda ilk dəfə olaraq MDB ölkələri üçün tədbir keçirəcək - VİDEO<span class="qirmizi"></span>

HUAWEİ şirkəti Qazaxıstan bazarında yeni flaqman qatlanan smartfon HUAWEI Mate Xs 2 və 16–düym yüksək-performanslı Ultra-notebook HUAWEI MateBook D16, və digər yeni cihazları təqdim etməyə hazrlaşır.

Yeni cihazlar dünya üzrə ən yeni innovasiyaları və HUAWEI şirkətinin mühəndis işlərini özündə cəmləşdirir. Onların yüksək texnologiyası və üstünlükləri hər bir məhsul üçün əsas şüardır: HUAWEI Mate Xs 2 - Mükəmməllikdən daha çoxu, HUAWEI MateBook D16 – Güc yüngüllükdədir. Cihazlar çox tapşırıq rejimində səmərəli ofis təcrübəsi üçün uyğundular.

Maraqlanan hər kəs 27 avqust Bakı vaxtı ilə saat 14:00-da linkdən keçid edərək onlayn canlı yayıma qoşulmaqla şirkətin yeni cihazları haqqında ətraflı məlumat əldə edə bilər.

Yeni məhsulların təqdimatı münasibətilə HUAWEI Almatı sakinləri üçün tanınmış Qazaxıstan müğənniləri Yenlik, M'dee, The Limba, JCS-nin iştirakı ilə pulsuz konsert təşkil edəcək. Tədbir 27 avqust 2022-ci il tarixində saat 16:30-da aşağıdakı ünvanda keçiriləcək: Dostık prospekti 56, Abay meydanı, Almatı Respublika Sarayının qarşısı.

Zhang Ling-Yu Huawei Qazaxıstan şirkətinin marketinq üzrə direktoru:

"Almatı şəhəri Qazaxıstanın yalnız mədəniyyət paytaxtı deyil, həm də gənclərin xəyallarının gerçəkləşdiyi şəhərdir. Almatı həmişə mədəniyyətə, kreativliyə və yeniliklərə xüsusi münasibəti ilə tanınır. HUAWEI yeni HUAWEI Mate Xs və Mate Book D 16 cihazlarının satışına başlanmasına həsr olunan tədbirdə cənub paytaxtının sakinləri və qonaqlarına musiqi və yaradıcılıq bayramı təşkil edəcək. Ümid edirik ki, tamaşaçılar xoş ab-havadan zövq almaqla yanaşı, həm də yeni smartfon və noutbuk əldə etməklə özlərini və yaxınlarını sevindirəcəklər”.

BAKU.WS

Mənbə: baku.ws