"Mən heç bir klub almıram" - İlon Mask

Amerikalı milyarder İlon Mask bu gün səhər saatlarında "Mançester Yunayted” klubunun səhmlərini alacağı barədə öz Tviter səhifəsində paylaşım edib.

Qol.az xəbər verir ki, o, daha sonra bunun bir zarafat olduğunu bildirib. Maks ondan məlumatı dəqiqləşdirmək istəyən sosial şəbəkə istifadəçisinə "Xeyr, bu, Twitter zarafatıdır. Mən heç bir idman klubunu almıram” yazıb.

 

Qeyd edək ki, Elon Mask Tviterdə heç bir razılaşma şərtlərini açıqlamadan “Mançester Yunaytedi alıram” başlıqlı post paylaşmışdı.

Xatırladaq ki, 2005-ci ilin mayında amerikalı iş adamı Malkolm Qleyzer “Mançester Yunayted”in təxminən 1,47 milyard dollar dəyərində nəzarət paketini alıb. Bir neçə gün sonra o, öz payını 75%-ə çatdırıb ki, bu da kluba tam nəzarət deməkdir.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət başçısı bu nazirliklə bağlı FƏRMAN İMZALADI

SONRAKI XƏBƏR

“Sürməli” ilə Sumqayıt hadisələri arasındakı əlaqə: Partlayışın pərdəarxasında bu qüvvə var