Çin ordusu HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib

Çin ordusu HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib<span class="qirmizi"></span>

 

Çin ordusu 4x4 təkər formullu WZ550 zirehli avtomobilindən HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib. Ordu.az xəbər verir ki, bu barədə “China Military Online” nəşri məlumat yayıb.

Raketlər 5200 metr hündürlüyə malik yaylada atış sınaqlarında keçirilib.

AFT-9 və ya HJ-9 (HongJian 9) Çinin “Norinco” şirkəti tərəfindən hazırlanmış tank əleyhinə raketdir. Bu raket 100-5000 metr məsafədə düşmən tanklarına və digər zirehli və ya zirehli olmayan hədəflərə hücum etmək üçün istifadə olunur.

1 oktyabr 2009-cu ildə Pekində keçirilən hərbi parad zamanı raket 4x4 təkər formullu WZ550 zirehli maşının şassisinə quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az