ABŞ şirkəti hipersəs silahlarını izləmək üçün peyk hazırlayacaq

ABŞ şirkəti hipersəs silahlarını izləmək üçün peyk hazırlayacaq<span class="qirmizi"></span>

 

ABŞ-ın peyk xidmətləri göstərən məşhur “Maxar Technologies” şirkəti Pentaqonun proqramı çərçivəsində “L3Harris Technologies” şirkəti üçün 14 peyk istehsal edəcək. Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri məlumat yayıb.

Peyklər hipersəs sistemləri də daxil olmaqla raket təhdidlərini izləyəcək.

Bundan əvvəl ABŞ Kosmik İnkişaf Agentliyi 2022-ci ilin iyul ayında aşağı yer orbitində (LEO) istifadə ediləcək 14 peyk hazırlaması üçün “Northrop Grumman” şirkəti ilə müqavilə imzalayıb. Peyklər raket təhdidlərin izləmək üçün nəzərdə tutulub.

“Maxar Technologies” tərəfindən hazırlanacaq platformalar optik terminallar, "Ka-band" rabitə sistemi və kosmik şəbəkə üçün infraqırmızı sensorlar da daxil olmaqla müxtəlif faydalı yükləri daşıyacaq. Şirkət platformaları Palo Alto və San Jose, Kaliforniyada istehsal etməyi və 2024-cü ildə təhvil verməyi planlaşdırır. Peyklərin 2025-ci ilin aprelində buraxılması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az