Hindistanın getdikcə böyüyən PUA sənayesi – Hədəf Çindir?

Hindistanın getdikcə böyüyən PUA sənayesi – Hədəf Çindir?<span class="qirmizi"></span>

 

Davam edən Rusiya-Ukrayna müharibəsi və bundan əvvəl Azərbaycan və Ermənistan müharibəsi müasir müharibənin bir aspektini göz önünə çıxardı. Söhbət həm müşhidə, həm də zərbə üçün istifadə edilən PUA-lardan gedir. Hindistan PUA-larını İsrail kimi ölkələrdən alsa da, yavaş-yavaş yerli sistemlər də ortaya çıxır.

Hindistan istehsalı olan yüksək hündürlükdə uçan PUA-lar Çin ilə gərgin Faktiki Nəzarət Xəttində (LAC) kəşfiyyat üçün istifadə olunur. Bu PUA Hindistan ilə Heydərabadda fəaliyyət göstərən İsrail müdafiə şirkətinin birgə yaratdığı müəssisə tərəfindən yaradılıb, Benqalurda yerləşən PUA müəssisəsi Hindistanın ən böyük şirkətlərindən biri tərəfindən alınıb.

2021-ci ilin avqustunda mərkəzi hökumət PUA texnologiyaları üçün yeni qaydalar dərc edib. “PUA Qaydaları 2021” adlı sənəd xüsusilə ölkədə güclü hərbi-sənaye kompleksi qurmağa çalışılarkən, yerli PUA istehsalı sənayesini inkişaf etdirmək üçün hökumətin ideya əsasını təşkil edir.

Hindistanın PUA texnologiyalarına artan diqqəti onların münaqişədə mərkəzləşməsinin güclənməsi fonunda baş verir. Rusiya-Ukrayna münaqişəsində PUA-lar həm kəşfiyyat, həm də hücum məqsədləri üçün mərkəzi rol oynayıb. Ukrayna rus qoşunlarının hərəkətlərini izləmək, onlar haqqında kəşfiyyat məlumatları əldə etmək və onların piyada və artilleriyasına hücum etmək üçün PUA-lardan istifadə edib. Konkret olaraq, ABŞ-ın Ukrayna üçün hazırladığı PUA rusları hədəf almaq üçün istifadə edilib.

Türkiyənin “Bayraktar” PUA-ları da ukraynalılar tərəfindən kəşfiyyat və hücum məqsədləri üçün geniş şəkildə istifadə edilib.

Hindistan ordusunda PUA-larla bağlı etik bir dəyişiklik görür. Orduda PUA-lar əvvəllər artilleriya tərəfindən idarə olunurdu, lakin indi onlardan optimallaşdırılmış istifadəni təmin etmək Ordu Aviasiya Korpusunun üzərinə düşür.

Bu cür dəyişiklik olduqca vacibdir, çünki Çinlə qarşıdurma davam etdiyi üçün indi Hindistan Ordusu tərəfindən təmas xəttində müşahidə məqsədilə PUA-lardan istifadə olunur. Hazırda Hindistan Hərbi Hava Qüvvələri (IAF) tərəfindən idarə olunan bir sıra PUA-lar var.

Keçən ilin sentyabrında iki həftədən az bir müddət ərzində Hindistan Ordusu, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri Hindistan şirkətlərinə diqqət yetirməklə PUA texnologiyası sahəsində 500 milyon rupidən çox dəyərində bir çox müqavilə imzalayıb. Qlobal hərbi dinamikanı və Hindistan hökumətinin PUA istehsalına təkan verməsini nəzərə alaraq, bir neçə özəl hərbi PUA istehsalçısı mühüm texnologiyalar inkişaf etdirir.

Keçən il “NewSpace” şirkəti Hindistan Ordusundan 15 milyon dollar dəyərində PUA sifarişi alıb, hətta daha böyük proqramlar üzərində işləyir. Mumbai mərkəzli “ideaForge 2007-ci ildə qurulmuş özəl PUA istehsalçısıdır. Onlar məhsullarını Hindistan Ordusu, Hərbi Hava Qüvvələri, Sərhəd Təhlükəsizlik Qüvvələri, Qucarat Polisi kimi bir çox müdafiə və təhlükəsizlik qurumlarına tədarük ediblər.

“ideaForge” geniş portfelə malik olsa da, əhəmiyyətli idxal məhsulu “Switch” adlı yüksək hündürlükdə uçan taktiki PUA-dır. “Switch” xüsusilə yüksək hündürlükdə kəşfiyyat, müşahidə və nəzarət (ISR) üçün nəzərdə tutulub. Bu, Hindistan ordusunun 2021-ci ildə istifadə etməyə başladığı ilk yerli istehsal PUA-dır.

2021-ci ilin əvvəlində Ordu “Switch” PUA-ları üçün “ideaForge” ilə 20 milyon dollar dəyərində müqavilə imzalayıb. Ordunun xüsusi təyinatlıları və piyadaları hazırda bu PUA-lardan istifadə edir. Sistemlərin Hindistan Ordusunun müşahidə qabiliyyətinə elə təsiri olub ki, “Switch” PUA-larının təkmilləşdirilmiş versiyası üçün yeni sifariş verilib.

2018-ci ildə “Adani Defence & Aerospace” və İsrailin “Elbit Systems” firması birgə müəssisədə qabaqcıl PUA istehsal edən bölmə açdılar. Şirkət bu bölmənin Hindistanda PUA-nın ilk ən müasir istehsal müəssisəsi olduğunu bildirib. Birgə müəssisə əvvəlcə beynəlxalq bazarlara xidmət etməli, sonra isə Hindistan hərbi strukturlarını təmin etməli idi.

“Hermes 900” və “Hermes 450” PUA-ları üçün karbon kompozit konstruksiyaları Heydərabad müəssisəsində istehsal olunur. Obyekt “Hermes” PUA-larının İsraildən kənarda yerləşən yeganə istehsal bölməsidir. Artıq “Hermes” PUA-larının ixracına başlanılıb, müəssisə artan sifarişləri təmin etmək üçün genişləndirilir.

Şirkət həmçinin zavodlarından mini PUA-ların ən böyük ixracına start verdiklərini bildirib. PUA-lar Banqalurdakı yeni zavodda istehsal olunur, inteqrasiya olunur və yığılır.

Mətbuat “Skylark” və “SkyStriker”in artıq ixrac edildiyini və zamanla Hindistan silahlı qüvvələrində də istismar edilə biləcəyini bildirib. “Asteria Aerospace” Benqalur mərkəzli, PUA proqram təminatı və texnologiyası üzrə ixtisaslaşmış şirkətdir.

Ordu.az

 

Mənbə: ordu.az