Mağazalarda təzə adı ilə KÖHNƏ TELEFONLAR satılır – Onu bilmək üçün BU ƏMƏLİYYATI aparın

Mağazalarda təzə adı ilə KÖHNƏ TELEFONLAR satılır – Onu bilmək üçün BU ƏMƏLİYYATI aparın<span class="qirmizi"></span>

 

Mütəxəssislərin hesablamalarına görə hazırda ölkəmizdə 8 milyondan artıq aktiv telefon var. Bu isə o deməkdir ki, istehlak bazarında ən çox alınıb-satılan məhsullardan biri də mobil telefondur.

Addımbaşı rastımıza çıxan telefon mağazalarında müxtəlif qiymətə, müxtəlif telefonlar satılır. Satışda birinci və ikinci əl telefonlar var.

İşlənmiş telefonlar aydındır.

Bəs, yeni adı ilə bizlərə təqdim olunan telefonlar nə qədər təzədir?

Bax, bu suala cavab tapmaq çox çətindir. Çünki, mobil telefonların üzərində istehsal tarixi əsasən göstərilmir. Nəticədə, bir neçə il əvvəl istehsal olunmuş telefonları biz yeni adı ilə almaq məcburiyyətində qalırıq. Bu isə istehlakçı hüquqlarının birbaşa pozulması deməkdir.


Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov Bizim.Media-ya bidirib ki, “Kontakt-Home”, “Baku elektronics”, “Optimal”, “Wordtelekom” və digərləri istehlakçıları aldatmaq üçün sanki yarışa giriblər:

“Adlarını çəkdiyim və çəkmədiyim şirkətlər reklama güclü pul xərcləyirlər. Ona görə də kifayət qədər müştəri toplayıblar. Di gəl ki, onlar müştəriləri istədikləri cür aldadırlar. Məsələn, bizə ən çox gələn şikayət ondan ibarətdir ki, yeni adı ilə alınan telefonlar bir neçə gün sonra sıradan çıxır. Müştəri satış mərkəzinə şikayət edəndə isə onu bu və ya digər şəkildə get-gələ salır, incidirlər”.

Əyyub Hüseynov onu da əlavə edib ki, çox təəssüf ki, istər satıcılar, istərsə də alıcılar teleofonu sellafondan çıxarıldığı üçün təzə mal kimi başa düşürlər:

“Əslində, yeni adı ilə daha çox bir neçə il əvvəl istehsal olunmuş telefonlar alıcıya sırınır. Alıcı isə bunu heç cürə aydınlaşdıra bilmir. Halbuki, qanunvericiliyə görə satıcı müştəriyə təqdim etdiyi məhsulun istehsal tarixi, uyğunluq sertifikatı və digər məlumatları verməyə borcludur. Təəssü ki, qanunvericiliyin tələbləri çox ciddi şəkildə pozulur”.

Birliyin sədri sonda onu da qeyd edib ki, Ölkə Başçısı tərəfindən təsdiq olunmuş “İcra hakimiyyətləri haqqında” əsasnamənin 4.5-ci maddəsində göstərilir ki, “yerli icra hakimiyyəti orqanları öz ərazilərində istehlakçıların hüquqlarının qorunması istiqamətində ciddi iş aparmalıdır:
“Sizin mənə verdiyiniz fürsətdən istifadə edərək yerli icra hakimiyyətlərindən soruşmaq istəyirəm: Bu günə kimi istehlakçıların hüquqlarının qorunması ilə bağlı hansısa hesabat hazırlanıbmı? Əfsuslar olsun ki, yerli icra hakimiyyətləri adını çəkdiyim əsasnamənin tələblərini yerinə yetirmir”.

İstehlakçılar az və çox dərəcədə dünyanın hər yerində aldadılır. Ona görə də bəzi meqaşirkətlər bunun qarşısını almaq üçün müəyyən tədbirlər görür.

Məsələn, “Samsung” şirkəti istifadə etdiyimiz smartfonun yaşını öyrənmək üçün yeni tərtib hazırlayıb. Bunun üçün telefonunuzda zəngə daxil olursunuz və *#12580*369# kodunu daxil edirsiniz. Bundan sonra smartfonunuzun istehsal tarixi ekranda sizə göstəriləcək.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media