Efiopiyada təyyarə pilotları 11 km yüksəklikdə yatdılar

Efiopiyada mülki təyyarənin pilotları 11 km yüksəklikdə yuxuya gediblər. Bu barədə “LADBible” nəşri yazı. Qeyd olunub ki, onlar yatarkən avtopilot təyyarəni idarə edib. Bildirilib ki, hadisə Xartumdan Əddis-Əbəbəyə uçarkən baş verib. Nəzarətçi pilotlarla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb.

Nəhayət təyyarə yüksək hündürlükdə uçuş-enmə zolağının üzərindən uçarkən avtopilot sönüb və yüksək səs çıxararaq pilotları ayıldıb. Onlar layneri eniş üçün hazırlamağa və təyinat hava limanına təhlükəsiz eniş etməyə nail olublar.



 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Avstraliyada 16 ölkənin iştirak etdiyi irimiqyaslı hərbi təlimlər başlayıb

SONRAKI XƏBƏR

Bakıda təzyiqli magistral su kəmərində qəza baş verib