Dünyanın ən çirkli havası olan şəhərlərinin adı açıqlanıb

Dünyanın ən çirkli havası olan şəhərlərinin adı açıqlanıb<span class="qirmizi"></span>

Dünyanın ən çirkli havası olan şəhərlərinin adı açıqlanıb.

Şanxay, Moskva və Tehran havanın azot dioksid (NO2) ilə ən çox çirklənməsinə malik şəhərlər adlandırılıb.

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu nəticəyə Amerika qeyri-kommersiya təşkilatı “Health Effects Institute” və Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutu gəlib.

İlk onluğa həmçinin Çinin Pekin, Misirin Qahirə, Türkmənistanın Aşqabad, Belarusun Minsk, Türkiyənin İstanbul və Vyetnamın Ho Şi Min, Rusiyanın Sankt Peterburq şəhərləri daxildir.

Tədqiqata rəhbərlik edən baş elmi işçi Pallavi Pant etiraf edib ki, Rusiyanın bir neçə şəhərinin reytinq cədvəlində birinci yerdə olması onu təəccübləndirib.

"Çox güman ki, bu nəticə nəqliyyatın emissiyaları və köhnəlmiş avtomobil parkı ilə bağlıdır",- deyə ekspert bildirib. Alimlər qeyd edib ki, atmosferdəki PM2.5 incə hissəciklərindən fərqli olaraq, NO2 emissiyaları problemi az öyrənilib.

Bu isə qazı aşkar etmək qabiliyyətinə malik yerüstü monitorinq stansiyalarının olmaması ilə əlaqədardır. Tədqiqatçıların fikrincə, azot dioksidi PM2.5 kimi həyat üçün təhlükəli deyil. Bununla belə, müxtəlif tənəffüs xəstəliklərinə, o cümlədən uşaqlarda astmanın inkişafına səbəb ola bilər.

NO2-nin əsas mənbəyi daxili yanma mühərrikləri olan avtomobillərdir. Mütəxəssislərin fikrincə, ən böyük zərər köhnə avtomobillərdən gəlir.

Eyni zamanda, kömürlə işləyən elektrik stansiyalarının istifadəsi, tullantıların yandırılması və nəqliyyatdan havaya atılan PM2.5 hissəciklərinin ən yüksək səviyyəsi Hindistanın Dehli və Kolkata şəhərlərində qeydə alınıb. Bu növ çirklənmənin miqyasına görə onlardan sonra Nigeriya Kano və Peru Liması gəlir.

Reytinq tərtib edilərkən havanın, suyun təmizliyi, sənaye müəssisələrinin və poliqonların sayının göstəriciləri nəzərə alınıb.

İlahin, Bizimyol.info

Mənbə: www.bizimyol.info