İranda instaqram və vatsap bloklanıb

İranda instaqram və vatsap bloklanıb<span class="qirmizi"></span>

İranda instaqram sosial şəbəkəsi və vatsap messencerinin fəaliyyəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, İranda sadalanan xidmətlərə çıxışda problemlər sentyabrın 21-i axşam saatlarından müşahidə olunur. Agentliyin məlumatına görə, İran hakimiyyəti xidmətlərin bloklanmasının əsas səbəbi kimi instaqram və vatsapda “müxalifət elementlərinin milli təhlükəsizliyin əsaslarını pozan hərəkətləri” əsas gətirib.

Ölkədə xidmətlərin bərpası ilə bağlı hələ məlumat yoxdur.

Mənbə: report.az