Azərbaycana kiberhücumlar ən çox hansı ölkədən olur?

Azərbaycana kiberhücumlar ən çox hansı ölkədən olur?<span class="qirmizi"></span>

"Bizimlə kim müharibə aparırsa, aydın məsələdir ki, döyüş əməliyyatları və ondan sonrakı dövrdə ölkəmizə olan kiberhücumların təşkilatçıları da əsasən onlar olur. Lakin bunu konkret İP əsaslı hansı ölkdən gəldiyini demək doğru olmazdı. Çünki kiberhücumlar anonim şəbəkələr, həmçinin maskalanmış İP-lər üzərindən həyata keçirilə bilir". Bunu AzVision.az -a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

“Bu o deməkdir ki, sizin gördüyünüz İP həmin ölkəyə aid olmaya bilər. Bu baxımdan həmin İP-ni sonuna qədər araşdırıb yekuna varmadan, hansısa ölkədən hücum olunması barədə rəy vermək düz deyil. Və ya hansısa ölkədən olsa belə, onların başqa ölkədə yoluxdurduğu kompüter və serverlər üzərindən hücum həyata keçirilmiş ola bilər. Burada bir İP-dən söhbət getmir ki, araşdırılma aparılsın”, -Tural Məmmədov əlavə edib ki, son hücumlarda saniyədə 10-15 milyon sorğu olub.

“Onların hər birinin araşdırılması resurs və vaxt itkisidir. Bu baxımdan sorğunun kimdən gəlməyini artıq önəmsəmirik. Xüsusi hərbi əməliyyatlar zamanı hücumlar özünü daha qabarıq göstərir. İndi nisbətən sakitlikdir. Amma ümumi götürsək, kiberhücumlar heç zaman dayanmır. Biz hər gün onlarla mübarizə aparırıq.

Bugünki kiberhücumları analiz edəndə onların əsasən 3 istiqamətdə olduğunu görürük. Bunlardan biri və ən böyük faizi insanların hədəfə alınmasıdır. Çünki onları aldadaraq informasiyalarını ələ keçirmək daha asandır, nəinki hansısa informasiya sisteminə sızmaq.

Amma informasiya sisteminin istfadəçisinin məlumatlarını ələ keçirmək və onun informasiya sisteminin məlumatını ələ keçirmiş kimi təqdim etmək daha asan yoldur. Ən çox istfadə olunan metod budur. Nüfuzdan salmaq üçün filan informasiya sistemindən məlumatın götürüldüyü deyilir. Halbuki bu istifadəçinin öz kompüterindən ələ keçirilmiş məlumatlar olur.

Digər istiqamət DDoS hücumlardır. Bunlara son dövrdə də rastlaşırıq. Eyni zamanda insanların və sistemlərin şifrələnməsi yolu ilə onların şantaj edilməsi və pul müqabilində maliyyəyə yönəlmiş hakerlərin hücumları da olur”.

Mənbə: azvision.az