“Mercedes-Benz” 6 700-dən çox avtomobili geri çağırır

“Mercedes-Benz” 6 700-dən çox avtomobili geri çağırır<span class="qirmizi"></span>

Almaniyanın avtomobil nəhəngi “Mercedes-Benz” 6 700-dən çox “C-Class” modelini yağış və ya su damcılarının baqaja sızması ehtimalına görə geri çağırıb.

Geri çağırılma 2021-2022-ci illər arasında istehsal olunmuş modellərə şamil ediləcək.

Qeyd olunur ki, nəmlik siqnalın qəbulu və işə salınma moduluna zərər vura, bu isə öz növbəsində potensial olaraq qısaqapanmaya və yanğın riskini artıra bilər.

Bundan əlavə, avtomobildə digər problemlərə də yol aça bilər.

Məsələn, dəbdəbəli sedanın arxa hissəsindəki xarici işıqlar sıradan çıxa və ya arxa görüntü kamerası düzgün işləməyə bilər, bu isə qəza və sürücünün xəsarət alma riskini artırır.

Mənbə: www.oxu.az