Birləşmiş Ştatlar gələn ildən təyyarələri döyüş lazeri ilə sınaqdan keçirəcək

Birləşmiş Ştatlar gələn ildən təyyarələri döyüş lazeri ilə sınaqdan keçirəcək<span class="qirmizi"></span>

ABŞ Hərbi Hava Qüvvələri Xüsusi Əməliyyatlar Komandanlığı gələn ildən "AC-130J Ghostrider" təyyarələrini döyüş lazeri ilə sınaqdan keçirəcək.

“Report” bu barədə “Breaking Defence” nəşrinə istinadən xəbər verir.

AC-130J-nin lazerlə sınaq uçuşları 2023-cü ilin yayında başlayacaq və payıza qədər davam edəcək.

Komandanlığın sözçüsü bildirib ki, sınaq nəticələri lazerin gələcəyini müəyyən edəcək. Onun sözlərinə görə, hazırda lazerdən istifadə konsepsiyası hazırlanmayıb.

AC-130J quru qüvvələrini və nöqtə hədəflərini dəstəkləmək üçün nəzərdə tutulub. Təyyarənin arsenalına 30 mm-lik GAU-23/A topu və M102 haubitsa daxildir. Təyyarə yüksək dəqiqlikli bomba və raketləri də daşıya bilir.

Mənbə: report.az