Moskva-İrəvan təyyarəsi təcili eniş edib

Moskva-İrəvan təyyarəsi təcili eniş edib<span class="qirmizi"></span>

Moskva-İrəvan reysi ilə uçan təyyarə Minvodıya təcili eniş edib.

Milli.Az APA-ya istinadən bildirir ki, "Aeroflot" şirkətinə məxsus təyyarə texniki səbəblərdən Mineralnıye Vodıya enib.

Hava gəmisinin dəyişdirilməsindən sonra təyinat yerinə uçuş davam etdiriləcək.

Təyyarənin sərnişinləri hava limanının gözləmə zonasında qalıb.

Şirkətdən verilən məlumata görə, onlar aviaşirkətin standartlarına və federal aviasiya qaydalarına uyğun olaraq lazım olan hər şeylə təmin olunublar.

Mənbə: news.milli.az