"İan" qasırğası səbəbindən bütün ölkə işıqsız qalıb

"İan" qasırğası səbəbindən bütün ölkə işıqsız qalıb<span class="qirmizi"></span>

"İan" qasırğasından sonra Kubanın bütün ərazisi işıqsız qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kubanın "Union Electrica" şirkəti məlumat yayıb.

Operatorun məlumatına görə, Kubanın qərb, mərkəzi və şərq sektorlarında elektrik şəbəkəsinin işində ciddi fasilələr qeydə alınıb.

Əlavə olunub ki, ölkənin enerji sistemi bu gecədən sabah səhərə qədər mərhələli şəkildə bərpa olunacaq.

Sentyabrın 27-də qasırğa 3-cü kateqoriyaya qədər gücləndi. Küləyin sürəti 50 metr/saniyəni keçib. İndi qasırğa ABŞ-ın Florida ştatına doğru irəliləyir.

Mənbə: news.milli.az