158 mindən çox Peterburqlu xərçəngdən əziyyət çəkir

158 mindən çox  Peterburqlu xərçəngdən əziyyət çəkir<span class="qirmizi"></span>

 

Sankt-Peterburqda 158,237 min sakin onkoloji xəstəliklərlə bağlı qeydiyyatdadır. AzVision.az xəbər verir ki, bu barədə sentyabrın 29-da şəhər səhiyyə komitəsinin sədri Dmitri Lisovets məlumat yayıb. Onun sözlərinə görə, ən çox döş xərçəngi müşahidə olunur ki, onların da sayı 36 mindir. Digər sırada dəri xərçəngi -15,2 min xəstə, kolon xərçəngi - 13,2 min xəstə, prostat vəzi xərçəngi - 13,1 min xəstə, uşaqlıq yolu xərçəngidir - 11,5 min xəstə.

“Qadınlar arasında xəstəliklərin aşkarlanması daha yüksəkdir. Çünki onlar diaqnostik prosedurlara daha çox meyllidirlər. Buna görə də, bədxassəli yenitörəmələr onlarda bir qayda olaraq, daha erkən mərhələlərdə aşkar edilir" - Lisovets qeyd edib.

2022-ci ildə Sankt-Peterburqda qeydiyyatda olan xərçəng xəstələri arasında qadınlar 59, kişilər isə 41% təşkil edib.

Tural Tağıyev

 

 

Mənbə: azvision.az