COVİD peyvəndindən sonra ürəktutmalar ARTIB? – Mütəxəssisdən XƏBƏRDARLIQ

 

Koronavirusa qarşı peyvənddən sonra ürək damar xəstəlikləri, ürəktutmalar və beyin insultlarının sayının artdığı iddia olunur. İctimaiyyəti bürüyən bu kimi xəbərlər vaksinasiya qəbul edən insanları ciddi narahat etməyə başlayıb.

Peyvənddən sonra təkcə ürəktutmalar deyil, orqanizmin müəyyən hissələrində narahatlıqların və fəsadların baş qaldırdığı bildirilir. Əslində nəinki Azərbaycanda, dünyada belə bunun elmi araşdırması aparılmayıb. Sadəcə problemlə üzləşənlər bu kimi şikayətləri dilə gətirirlər.
Bəs, mütəxəssislər nə deyir?

Tİbb üzrə ekspert, tanınmış həkim Aydın Əliyev peyvəndin sözügedən xəstəliklərlə bağlılğı olmadığını bildirib:

“Ümumiyyətlə ürək-damar xəstəlikləri bütün dünyada ilk yerdə dayanır və illərdir ki, belədir. Ölkəmizdə də bu xəstəlik çoxluq təşkil edir və bunun bir neçə səbəbi var. Azərbaycanda həm də tibbi maarifləndirmə məsələsi bir qədər də zəifdir.

Hər bir insan orta yaşlarından etibarən ildə bir dəfə “çekap” müayinəsindən keçməlidir. Həm insanların özlərinin marağı yoxdur, həm də tibb qurumları da buna maraqlı deyil. Hazırda bilirsiz ki, hər kəsin sığortası var. Işləməyən insanları isə dövlət kompensasiya edir.
Ürək-damar xəstəliklərinin artmasında qida faktoru da rol oynayır ki, yağlı, duzlu təamlardan uzaq durmaq lazımdır. Ən vacibi isə stress faktorudur. İnsanlarımızdan bütün məsələlərə aqressivlik nümayiş olunur. Bu isə stressdən irəli gəlir. Əsəb bütün orqanlara təsir edir. Hansı ki, müyəən fəsadlara yol açır”.

Alçina Amilqızı, Bizim.Media

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Kreml bədəl ödəyəcək - Avropa Komissiyası

SONRAKI XƏBƏR

Volodimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasını toplayıb