Litva Ukrayna üçün kamikadze dronlar alır

Litva Ukrayna üçün kamikadze dronlar alır<span class="qirmizi"></span>

Litva Ukrayna üçün kamikadze dronlar alır.Ednews xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas "Twitter"də bildirib."Bu gün biz Ukrayna üçün kamikadze dronların alınmasına dair müqavilə imzaladıq. Polşanın "WB Group" şirkətindən Litva vətəndaşları tərəfindən bağışlanan 1 milyon avroya biz iki tam dəst pilotsuz uçuş aparatını alıb Ukraynaya təhvil verəcəyik. Bura dronlarla yanaşı, buraxılış, idarəetmə avadanlığı və döyüş sursatları da daxildir", Litvanın müdafiə naziri qeyd edib.

Mənbə: ednews.net