Ceyms Bondun avtomobili satıldı

"Christie's" hərracında Ceym Bonda haqqındakı "Ölməyə Vaxt Yoxdur" filmindən olan avtomobilinin texniki nüsxəsi 2,9 milyon funta satılıb.

Bu barədə "Aston Martin" şirkətinin mətbuat katibi bildirib.

"Bu kaskadyor avtomobil "Aston Martin" tərəfindən "Ölməyə Vaxt Yoxdur" filmi üçün xüsusi olaraq hazırlanmış və dizayn edilmiş səkkiz avtomobildən biridir və hər bir avtomobil ekrandakı roluna uyğunlaşdırılmışdır", - deyə qeyd olunub.

Bildirilib ki, avtomobil fırlanan rəqəmsal nömrə nişanı, geri çəkilə bilən fənərlər, geri çəkilə bilən pulemyotlar və atəş bombaları da daxil olmaqla cihazlarla təchiz edilib.

Avtomobil Britaniya kəşfiyyatının ilk supercasus filminin 60 illiyi şərəfinə satışa çıxarılıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Zelenski: “Əgər biz Rusiyanı dayandırmasaydıq, Moldova, Gürcüstan, Qazaxıstan zərbə altında qalacaqdı”

SONRAKI XƏBƏR

"Barselona"nın son dörd mövsümdə itkisi 100 milyon avronu keçib