Liz Truss və onun kabinet üzvlərinin mobil nömrələri internetə sızdırılıb

Liz Truss və onun kabinet üzvlərinin mobil nömrələri internetə sızdırılıb<span class="qirmizi"></span>

Böyük Britaniyanın baş naziri Liz Truss və onun kabinet üzvlərinin mobil telefon nömrələri internetə sızdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Britaniya rəsmilərinin nömrələri amerikalı hakerin saytında yerləşdirilib.

Onların arasında Maliyyə Nazirliyinin kansleri Kvazi Kvartenq, müdafiə naziri Ben Uolles, xarici işlər naziri Ceyms Kleverli, daxili işlər naziri Suella Braverman da var. Bu siyahıda ümumilikdə 26 nəfər var. Baza cəmi 6,49 funta alına bilər.

Nazirlər Kabineti araşdırma apardıqlarını bildirib. Nazirlər Kabinetindən verilən məlumata görə, informasiyaların bir qismi köhnəlib. Lakin jurnalistlər siyahıya nəzər salıb və məlum olub ki, Truss bu nömrədən 2011-ci ildən istifadə edir.

"Müxbirimiz telefon nömrəsini "WhatsApp"-a əlavə edəndə onun profilində baş nazirin ötən Milad bayramında çəkilmiş profil şəkli peyda olub", - qəzet yazıb.

Məqalədə deyildiyi kimi, kibermütəxəssislər qorxurlar ki, bu baza müəyyən proqramlar vasitəsilə müşahidə üçün istifadə oluna bilər.

Mənbə: news.milli.az