Ukrayna İran PUA-larını niyə çətinliklə vurur?

Ukrayna hərbçiləri “Şahid-136” kamikadze pilotsuz təyyarələrinin məhv edilməsində artıq müəyyən praktik təcrübəyə malikdir.

Axar.az xəbər verir ki, bunu Odessa regional dövlət administrasiyası rəhbərinin mətbuat katibi Sergey Bratçuk bildirib.

“Bu dronlar çox alçaqdan uçduğuna görə Hava Hücumundan Müdafiə Qüvvələri onu tutmaqda çətinlik çəkir. Onlar yaxınlaşanda isə xarakterik səs çıxarır. Hərbçilər hazırda pilotsuz təyyarələrin atıcı silahlarla məhv edilməsi üçün müxtəlif variantlar üzərində işləyirlər. Artıq müəyyən praktiki nailiyyətlər var. Bütün aidiyyəti idarələrə dronla necə davranmalı olduqları barədə məlumat çatdırılıb”, - o bildirib.

O qeyd edib ki, bu dronların ümumi çəkisi 200 kiloqrama qədərdir:

“Bunun da 50 kq-a qədəri partlayıcıdır. Partlayış zamanı onlar çoxlu xırda parçalara bölünür. Bu təhlükəlidir, insanlar yaralana, küçədəki avtomobillər zədələnə bilər”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə şagirdləri daşıyan avtobus ağaca çırpılıb aşdı: Ondan çox məktəbli yaralanıb - VİDEO

SONRAKI XƏBƏR

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub