Rusiya vətəndaşları Avropada kriptovalyuta xidmətlərindən məhrum oldu

Rusiya vətəndaşları və sakinləri artıq Avropa İttifaqı ölkələrində hesab yarada və kripto pul kisələrinə sahib ola bilməyəcəklər. AzVision.az xəbər verir ki, bu cür qadağalar Avropa İttifaqının ruslara qarşı yeni, səkkizinci sanksiyalar paketində təqdim edilib. Qeyd olunub ki, indi ruslar bu cür pul kisələrində 10 min avroya qədər pul saxlamaq imkanından məhrum edilib

“Bütün pul kisələrinə, bütün hesablara və kriptovalyuta saxlama xidmətlərinə qadağa tətbiq edilməklə, kriptovalyutalara cari qadağalar sərtləşdirilib. Addım vəsaitin miqdarından asılı olmayaraq pul kisələrinə şamil edilir”, - sənəddə deyilir.

Bundan əvvəl dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance Rusiyada yaşayan istifadəçilər üçün öz xidmətlərinə çıxışı məhdudlaşdırmışdı. Sonra söhbət yalnız aktivləri ümumi məbləği 10 min avrodan çox olan müştərilərdən gedirdi. Platforma onlara yalnız pul çıxarmaq funksiyasını qoyub.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Pərviz Şahbazov: "Enerji böhranı şəraitində TANAP və TAP təchizatda etibarlılıq rəmzinə çevrilib"

SONRAKI XƏBƏR

İsveçrə şirkəti Zəngilan, Kəlbəcər və Qubadlı şəhərlərinin Baş planları üzərində işləyir