“Google” ilk dəfə ağıllı “Pixel Watch” saatını nümayiş etdirdi

 

Amerikanın “Google” şirkəti ilk dəfə olaraq “Pixel Watch” smart saatlarının ilk modelini rəsmi olaraq təqdim etdi.

Qeyd olunur ki, qadcet dəyirmi forma və paslanmayan polad korpusa malikdir. Onu idarə etmək üçün digər şirkətlərin ağıllı saatları kimi çarx və düymədən istifadə olunur.

Cihazın daxilində 2 GB RAM ilə Exynos 9110 çipi quraşdırılıb.

“Pixel Watch” “Wear OS 3.5” ilə işləyir və daxili səs köməkçisinə malikdir. Yenilik Fitbit xidmətləri ilə inteqrasiya, həmçinin sahibinin fiziki fəaliyyətini izləmək imkanı əldə edib.

Saatın daxili batareyası 24 saat fasiləsiz işləməyə imkan verir. Sürətli doldurma yarım saat ərzində enerjinin 50%-ni bərpa edir.

Mənbə: gazeta.ru

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Pərviz Şahbazov Türkiyənin vitse-prezidenti ilə görüşüb

SONRAKI XƏBƏR

Mask özünü Ukraynanın fanatı adlandırdı