NASA Marsda qədim göllərin izlərini aşkar etdi

NASA Marsda qədim göllərin izlərini aşkar etdi

NASA Marsda Jezero kraterində qədim göllərin izlərini aşkar edib.

Bu barədə Kaliforniya Universitetinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, “Perseverance” roveri torpağı tədqiq edərək 20 metr dərinlikdəki səth sahəsinin ikiölçülü görüntüsünü təmin edib:

“Aşkar edilmiş qaya təbəqələri göstərir ki, krateri qidalandıran çay sayəsində torpaq çöküntüləri əmələ gəlib. Alimlər bu yataqların təxminən 3 milyard il əvvəl yarandığını irəli sürür”.

Mənbə: axar.az