Süd yolunda sirli obyekt tapıldı: Alimlər deyir ki...

Süd yolunda sirli obyekt tapıldı: Alimlər deyir ki...

Alimlərin Süd yolunda kəşf etdiyi sirli obyekt qara dəliklərin tədqiqatında irəliləyişə səbəb ola bilər.

Publika.az xəbər verir ki, İngiltərənin Mançester Universiteti və Almaniyanın Maks Plank İnstitutunun tədqiqatçılarının da daxil olduğu bir qrup Yerdən 40 min işıq ili uzaqlıqda millisaniyə pulsarları kəşf edib. Saniyədə 170 dəfə fırlanan bu pulsarlar neytron ulduzlarının bir növüdür.

Cənubi Afrikadakı MeerKAT Radio Teleskopu tərəfindən aşkar edilən bu obyekt bütün məlum neytron ulduzlarından daha ağırdır və məlum olan ən kiçik qara dəliklərdən daha yüngüldür.

Neytron ulduzları nəhəng bir ulduzun partlaması və qalan hissəsinin öz içinə çökməsi nəticəsində əmələ gəlir.

Bilinən ən ağır neytron ulduzun kütləsi Günəşin kütləsindən 2,2 dəfə böyükdür. Ən yüngül qara dəlik Günəşin kütləsindən təxminən 5 dəfə böyükdür.

Mançester Universitetindən Ben Stappers “Science” jurnalında dərc olunan araşdırma ilə bağlı açıqlama verib:

“Bu pulsar-qara dəlik sistemi cazibə nəzəriyyələrini sınaqdan keçirmək üçün mühüm məlumat mənbəyi olacaq. Bu kütlənin bir neytron ulduzu nüvə fizikasında yüksək sıxlıqlar üzrə tədqiqatlar üçün yeni məlumatlar da verəcək”.

Roza Şəfiyeva

Mənbə: publika.az