Azərbaycanda kiberdiplomatiya konfransı keçiriləcək

Azərbaycanda kiberdiplomatiya konfransı keçiriləcək

“2024-cü ilin sentyabrında Azərbaycanda ilk dəfə kiberdiplomatiya konfransı keçiriləcək”.

Bu barədə Dövlət qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bildirib.

“Bu tədbir nəinki Azərbaycanda, həmçinin regionda bir ilk olacaq. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanı kiberdiplomatların toplaşdığı əsas mərkəz olaraq formalaşdırmaqdır”, - deyə o əlavə edib.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az