Kosmonavtlar altı saatdan çox açıq kosmosda olacaqlar

Kosmonavtlar altı saatdan çox açıq kosmosda olacaqlar<span class="qirmizi"></span>

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının kosmonavtları Sergey Prokopyev və Dmitri Petelin Beynəlxalq Kosmik Stansiyadan (BKS) açıq kosmosa çıxacaqlar.

Bu, hazırkı ekspedisiya zamanı ikinci belə hal olacaq.

Məlumata görə, onlar radiator-istilik dəyişdiricisini “Rassvet” kiçik tədqiqat modulundan “Nauka” çoxməqsədli laboratoriya moduluna köçürəcəklər. Astronavtlar ERA distant manipulyatorundan istifadə edəcəklər.

Əməliyyat, ilkin məlumatlara görə, 6 saat 37 dəqiqə davam edəcək.

Mənbə: www.oxu.az