Twitter profilinin doğrulama işarələri müxtəlif rənglərdə olacaq

Twitter profilinin yoxlanılması prosedurunun tamamlanmasına dair işarələr rənginə görə fərqlənəcək.

Marja xəbər verir ki, bunu sosial şəbəkənin sahibi İlon Maskın cümə günü Twitter səhifəsində bildirib.

İşarənin rəngi istifadəçinin növündən asılı olacaq. Qızılı rəngdə işarə şirkətlər üçün, boz rəngdə işarə hökumətlər üçün, mavi rəngdə işarə isə fərdi şəxslər üçün nəzərdə tutulur.

Mask vurğulayıb ki, nişanı aktivləşdirməzdən əvvəl hesablar əl ilə autentifikasiyadan keçəcək. Yeni yoxlama sxeminin dekabrın 2-dən istifadəyə veriləcəyi güman edilir.

Oktyabrın 27-də İlon Mask eyniadlı sosial şəbəkənin sahibi olan Twitter-i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb.

Marja.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya kosmonavtları bu gün kosmosa çıxacaqlar

SONRAKI XƏBƏR

Elm və təhsil naziri orta məktəblərdəki yeni davranış qaydalarının tətbiq ediləcəyi vaxtı açıqladı