ABŞ-da polis qatil robotlardan istifadə etməyi planlaşdırır - FOTO

ABŞ-da polis qatil robotlardan istifadə etməyi planlaşdırır - FOTO<span class="qirmizi"></span>

 

San-Fransisko Polis Departamenti (SFPD) şəhər Müşahidə Şurasına polislərin başqalarının həyatı və sağlamlığına təhlükə yaradan cinayətkarları öldürmək üçün robotlardan istifadəsi barədə müraciət göndərib.

Söhbət obyektləri minalardan təmizləmək üçün istifadə olunan tırtıllı robotlardan gedir. “Remotec” adlanan bu robotlarda ov tüfəngi üçün (adətən, bombaların partladılması üçün istifadə edilir) xüsusi qurğu var.

ABŞ ordusunun istifadə etdiyi model pulemyot və qumbaraatan əlavə etmək üçün dəyişdirilə bilər.

Bu günə qədər SFPD-də xidmətdə olan 17 robot var, onlardan 12-si tam funksionaldır.

Layihəni mülki və cinayət hüququ üzrə hüquqşünaslar tənqid ediblər. Hüquq müdafiəçiləri silahlı robotların vətəndaşlar üçün təhlükə yaradacağından və istintaqsız, məhkəməsiz kütləvi edamlara səbəb ola biləcəyindən narahatdırlar.

Öz növbəsində, polis etiraz edir ki, robot mahiyyətcə insan tərəfindən idarə olunan drondur və qərarlar robot tərəfindən deyil, insan operator tərəfindən verilir.

Layihəyə Müşahidə Şurası tərəfindən noyabrın 29-da baxılacaq.

Mənbə: Gazeta.ru

Mənbə: www.oxu.az