Kosmosa getmək üçün Maskın adını alnına döydürdü

Kosmosa getmək üçün Maskın adını alnına döydürdü<span class="qirmizi"></span>

 

Kosmosa uçmaq istəyən İlon Mask pərəstişkarı alnına iş adamının adını döydürüb. Rodrigo Amerika adlı şəxs bu yolla Maskın diqqətini çəkməyi hədəflədiyir. Braziliyalı sosial media fenomeni bildirib ki, İlon Maskın etdikləri, edəcəkləri və insanları Marsa aparmaları tarixə düşəcək: "O, mənim ilham mənbəyimdir", deyə o, qeyd edib.

Amerika ümid edir ki, bu döyməni etdirməklə Maskın kosmosa aparmağı planlaşdırdığı könüllü sərnişinlərdən biri olacaq

Fenomen "Insider"ə verdiyi açıqlamada "Tesla" və "SpaceX" şirkətlərinin direktorunun diqqətini çəkmək üçün döymə haqqında tez-tez paylaşdığını və bunun işə yaracağını düşündüyünü qeyd edib.

Aytən Zəhra

 

 

Mənbə: azvision.az